Fırıldaqçılığın yeni üsulu: Evdəkilərə göstərib 5 dəqiqəyə qayıdıram - VİDEO
Fırıldaqçılar yeni üsula əl atıblar. Onlar bu yolla sosial platformada alış-verişlə məşğul olanları aldadırlar.
Bu fırıldaqçılar hədəfi əvvəlcədən müəyyənləşdirib, evləri kimi təqdim etdikləri ünvana aparırlar, sonra məhsulu evdəkilərə göstərmək bəhanəsi ilə satıcıdanalıb həyətə daxil olur,ordan isə arxa qapı vasitəsilə uzaqlaşırlar. Bu yaxınlarda bir nəfərin başına bax elə belə bir hadisə gəlib.
Elan saytlarının birində telefonunu satmaq istəyən gənc soyğunçuların qurbanı olub.
Mehdi Bağırlı bir müddət əvvəl telefonunu satmaq üçün alqı-satqı saytlarından birinə elan verib. Elan sayta yerləşdirildikdən sonra özünü İlkin adı ilə təqdim edən bir nəfər telefonu almaq istədiyini deyib. Lakin işdən icazə ala bilmədiyini söyləyərək, Mehdini "İnşaatçılar" metrostansiyasının yaxınlığına dəvət edib.
Həmin şəxs həyətə girdikdən sonra bir daha geri qayıtmayıb. Bir müddət gözlədikdən sonra Mehdi və onun dostu da həyətə daxil olub.
Ev sahibi Pərviz Fərzəliyev isə deyib ki, onun evinin iki qapısı var. Həmin vaxt həyətda olan adam isə kirayəçi olub və əlində telefonla həyətdən keçən adamı tanımayıb. Ev sahibinin sözlərinə görə, heç onun özü də özünü İlkin kimi təqdim edən şəxsi tanımır.
Faktla Bağlı Yasamal rayon polis idarəsində cinayət işi başlanılıb, araşdırmalar davam edir.
BAKU.WS
Oxşar xəbərlər
Maşın almaq istəyənlərin diqqətinə! (VİDEO)
Maşın almaq istəyənlər avtomobili ya elan saytlarından seçir, ya da bazarlara üz tuturlar. Amma bunların arasında xeyli qiymət fərqi var.Xezxerxeber.az-ın məlum...