Evi uçan şəxsə çadırdan ev düzəldilib - FOTO/VİDEO

Fövqəladə Hallar Nazirliyinə (FHN) Lerik rayonunun Lərmərud kəndində baş vermiş torpaq sürüşməsi nəticəsində kənd sakini Baxşıyev Nəbulla Məmmədhüseyn oğluna məxsus evin yaşayış üçün yararsız vəziyyətə düşməsi barədə məlumat daxil olub.
BAKU.WS xəbər verir ki, bununla əlaqədar FHN-in Cənub Regional Mərkəzinin əməkdaşları tərəfindən Lərmərud kənd sakini Baxşıyev Nəbulla Məmmədhüseyn oğlu üçün müvəqqəti yaşayış məqsədilə çadır ev qurularaq vətəndaşa təhvil verilib.
Həmçinin, Lerik rayonunun Dızdipok kənd sakini Əşrəfov Şirqasım Müseyib oğluna məxsus evin qəzalı vəziyyətə düşməsi ilə əlaqədar Cənub Regional Mərkəzinin əməkdaşları tərəfindən vətəndaşın müvəqqəti yaşayışı üçün çadır ev qurularaq təhvil verilib.
Qalereya
Oxşar xəbərlər
"Özsüt", "KFC" restoranı, "50 qəpik" və digər obyektlərdə nöqsanlar aşkarlandı - TAM SİYAHI
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (...
