Erməni vandalizmi nəticəsində terrora məruz qalan Qarabağ meşələri ilə bağlı VACİB ADDIM - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Noyabrın 18-də “DAVAM” Ümumrespublika Gənclər Hərəkatı “Qarabağ meşələrini qoruyaq!” adlı beynəlxalq kampaniyaya start verdiyini bildirib.
BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, bununla bağlı keçirilən mətbuat konfransında “DAVAM” Ümumrespublika Gənclər Hərəkatının sədri Nihad Allahyarlı, idarə heyətinin üzvləri Sabir Rüstəmov və Reyhan Camalova iştirak ediblər.
Qeyd edilib ki, “DAVAM” Ümumrespublika Gənclər Hərəkatı düşmənin bu addımlarını beynəlxalq ictimaiyyətin nəzərinə çatdırmaq, ekologiya və ətraf mühitin mühafizəsi ilə məşğul olan beynəlxalq təşkilatlara və siyasi təsisatlara Azərbaycan ərazilərində baş verən bu ekoloji terrora münasibət bildirmələri və Ermənistana beynəlxalq təzyiqin göstərilməsi üçün çağırışlar edəcək.
Birləşmiş Millətlər Təşkilatı, Avropa Parlamentinin Yaşıllar – Azad Avropa Birliyi fraksiyası, bu fraksiyada təmsil olunan 16 üzv ölkənin Almaniya, Avstriya, Belçika, Çexiya, Danimarka, Finlandiya, Fransa, İrlandiya, Latviya, Litva, Lüksemburq, Niderland, Polşa, Portuqaliya, İspaniya və İsveçin yerli partiyalarına real vəziyyəti əks etdirən məktub və xüsusi dizaynda hazırlanmış təqdimatlar göndəriləcək.
Bildirilib ki, bu işlərə paralel olaraq, 16 noyabr axşam saat 21:00-dan etibarən “DAVAM” Ümumrespublika Gənclər Hərəkatının üzvləri “Facebook”, “Twitter” və “Instagram” üzərindən #StopArmenianEcoTerrorism həştəqi ilə paylaşımlar edərək, sosial media istifadəçilərinin, beynəlxalq təşkilatların və media qurumlarının diqqətini bu mövzuya cəlb etməyə çalışır.
Oxşar xəbərlər
Prezident İlham Əliyev ABŞ-ın “Fox News” televiziya kanalına müsahibə verib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının “Fox News” televiziya kanalına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir....