Erməni qüvvələri Azərbaycanın xarici ölkələrdəki səfirliklərini hədəfə alıblar - VİDEO

Erməni qüvvələri Azərbaycanın xarici ölkələrdəki səfirliklərini hədəfə alıblar - VİDEO
Video
Video 90

Son günlər radikal erməni qüvvələri Azərbaycanın xarici ölkələrdəki səfirliklərini hədəfə alıblar.

BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, ermənilər Azərbaycanın diplomatik korpuslarına asanlıqla hücumlar edirlər.

Bəs xaricdə Azərbaycan səfirliklərinə qarşı asanlıqla hücumların təşkil olunduğu vaxtda Bakıdakı diplomatik korpuslar necə qorunur?

Xəzər TV-nin əməkdaşları Böyük Britaniya, Amerika Birləşmiş Ştatları və Fransanın ölıkəmizdəki səfirliklərinin mühafizəsi ilə maraqlanıb.

Məlum olub ki, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin təhlükəsizliyi ciddi və yüksək səviyyədə qorunur.

Azərbaycan dövləti ölkədəki 65 səfirlik, 4 baş konsulluq və 11 fəxri konsulluğu ən yüksək səviyyədə qoruyur. Onlar özlərinə qarşı hər hansı bir təhdid- təzyiq hiss etmirlər. Lakin nədənsə həmişə ali dəyərlərdən danışan, beynəlxalq huququ rəhbər tutan Qərb isə bir anda sukuta qərq olur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər