Erməni politoloq: “Azərbaycan yeni hərbi əməliyyata başlaya bilər” - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
“Müharibə başlasa, Azərbaycan Göyçəni götürəcək. Ermənistan hakimiyyəti və Xankəndidəki Araik Arutyunyan Qarabağı Azərbaycana təslim etməyə çalışır”.
Bunu erməni politoloq Ara Vardanyan “Pastinfo”ya müsahibəsində deyib.
Onun sözlərinə görə, Ermənistan hakimiyyəti və Arutyunyan Qarabağın təhvil verilməsi ilə bağlı müxtəlif siyasi fiqurlarla müzakirələrə başlayıblar:
“Xankəndidə Qarabağın Azərbaycana təhvil verilməsinə razı olan fiqurlar var və onlardan biri də Samvel Babayandır. Onlar artıq bu məsələdə razılığa gəliblər”.Vardanyan onu da bildirib ki, bölgədə yeni hərbi əməliyyatların başlanması təhlükəsi var və bu, istisna deyil:
“İran və Rusiya bu müharibənin olmasını istəmir və buna qarşıdır. Əgər müharibə olarsa, o zaman Azərbaycan Göyçə gölünü götürəcək. Üstəlik, Paşinyan və komandası son vaxtlar su qıtlığından danışmağa başlayıblar. İstisna etmirəm ki, gözlənilən hərbi əməliyyatlar Göyçə gölünün ələ keçirilməsi istiqamətində olacaq”.
Oxşar xəbərlər
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Res...