Ərdoğan: “Təcavüzkar mövqeyini davam etdirən Ermənistan bunun nəticələri ilə üzləşəcək” - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın qələbəsi ilə nəticələnən müharibədən sonra baş verən Ermənistanın təxribatları qəbuledilməzdir.
Bunu Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Ankarada Gənclər və İdman Nazirliyinin yeni yataqxanalar kompleksinin açılış mərasimində çıxış edərkən bildirib.
“Bütün dünya bilməlidir ki, biz azərbaycanlı qardaşlarımızın yanındayıq. Təcavüzkar mövqeyini davam etdirən Ermənistan bunun nəticələri ilə üzləşəcək. Bir daha azərbaycanlı şəhidlərimizə rəhmət diləyirəm. Başda qardaşım İlham Əliyev olmaqla bütün Azərbaycan xalqına başsağlığı verirəm”, - deyə dövlət başçısı bəyan edib.
Oxşar xəbərlər
İlham Əliyev və Ərdoğan Rize-Artvin hava limanının açılışında iştirak ediblər - YENİLƏNİB - FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə mayın 14-də qardaş ölkəyə işgüzar səfərə...