Ərdoğan Kəlbəcərin azad olunması barədə danışdı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
"Dağlıq Qarabağda 30 illik ədalətsizliyin yekunlaşmasına töhfə verdik. Dünənə qədər ortalıqda görünməyən, hətta bu məsələdə açıqca ermənilərə dəstək verən Minsk qrupu bəzi həmsədr ölkələrin anlaşma ilə bağlı dilə gətirdikləri narahatlığın heç bir qiyməti yoxdur".
BAKU.WS xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının bu gün keçirilən iclasında deyib.
Türkiyə prezidenti ötən gün Rusiya prezidenti Vladimir Putinlə telefonla danışdığını xatırladıb:
"Bu görüşdə hansı addımları ata biləcəyimiz barədə danışdıq. İnanıram ki, cənab Putinlə görüşlərimizin nəticəsi olaraq Rusiya-Türkiyə-Azərbaycan bu proses müddətində bölgədə sülhün bərqərar olması istiqamətində addımlar atmış olacaq. Bunu daha da genişlətmək və daha da inkişaf etdirmək şansımız var".
Ərdoğan əlavə edib ki, azərbaycanlı qardaşlarımızın Kəlbəcərə getmək imkanı olacaq: "30 il gecikmə ilə olsa da Qarabağ münaqişəsində haqq öz yerini tutdu".
Oxşar xəbərlər
Prezident İlham Əliyev xalqa müraciət edib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. BAKU.WS müraciəti təqdim edir. Prezident İlham Əliyevin xalqa müraciəti - Əziz həmvətənl...