"Əmisi oğlunun mənə isti münasibəti vardı" - Əri yoxa çıxan qadından daha bir ŞOK ETİRAF - VİDEO

03
okt
2019
15:55
Türkan qəsəbə sakini İmanov Aydın Sərvər oğlunun bir il öncə müalicə aldığı 7 saylı Vərəm Dispanserindən yoxa çıxıb. BAKU.WS xəbər verir ki, bir ildir ərinin nə ölüsündən, nə dirisindən xəbər ala bilməyən Aydının həyat yoldaşı Aidə İmanova Xoşqədəm Baxşəliyevanın Xəzər TV-də yayımlanan "Səni axtarıram" proqramına üz tutub. O, ərinin yoxa çıxmasında Aydının əmisi oğlu Əliheybət İmanovdan şübhələndiyini bildirib."Əliheybətin mənə qarşı isti münasibəti vardı. Dedi ki, sən mən deyənlərlə razılaş, Aydını özüm aradan götürüm, yox edim".A.İmanova bundan əvvəlki açıqlamasında da Əliheybət İmanovu ittiham etmişdi:"Aydın sağdır, ya ölüb, o bilir. Çünki hər işin arxasınca Əliheybət gedirdi. Aydını döyürdü. Ona içkini də o alırdı. Bir də mənə dedi ki, bir kəlmə razılıq ver, Aydını həbs etdirim. Amma mən razılaşmadım. Aydın onun qaranlıq işlərini bilirdi. Bu səbəbdən ondan şübhələnirəm".Bu danışıqlardan sonra X.Hidayətqızı Aydın İmanovun həyatda olduğuna inanmadığını bildirib.Zülfiyyə Qurbanova
Oxşar xəbərlər
Əri yoxa çıxan qadından ŞOK ETİRAF: "Əmisi oğlu mənə dedi ki, bir kəlmə "hə" de..." - VİDEO
Xəzər TV Xoşqədəm Hidayətqızının aparıcılığı ilə yayımlanan "Səni axtarıram" verilişində gərgin anlar yaşanıb.BAKU.WS xəbər verir ki, Türkan qəsəbə sakini Aidə...
