Əri yoxa çıxan qadından ŞOK ETİRAF: "Əmisi oğlu mənə dedi ki, bir kəlmə "hə" de..." - VİDEO

01
okt
2019
16:45
Xəzər TV Xoşqədəm Hidayətqızının aparıcılığı ilə yayımlanan "Səni axtarıram" verilişində gərgin anlar yaşanıb.BAKU.WS xəbər verir ki, Türkan qəsəbə sakini Aidə İmanova həyat yoldaşı İmanov Aydın Sərvər oğlunun bir il öncə 7 saylı vərəm dispanserindən yoxa çıxdığını bildirib.O, bu məsələdə həyat yoldaşımın əmisi oğlu Əliheybət İmanovdan şübhələndiyini bildirib.A.İmanovanın səsləndirdiyi fikirlərdən sonra Ə.İmanov canlı efirə qoşularaq Aydın İmanovun itkin düşməmişdən iki il öncə öz qayınatasını bıçaqladığını açıqlayıb:"Aidə getsin Aydının yerini öz atasından soruşsun. Mən heç nə bilmirəm. Mən Aydına həmişə kömək etmişəm, hətta onun uşağının Gürcüstana aparıb müalicə etdirmişəm".A.İmanova isə öz növbəsində Əliheybət İmanovu ittiham edib:"Əliheybət bu işi mənim üstümə yönəltmək istəyir. Amma bu işdə onun özünün əli var. Aydın sağdır, ya ölüb, o bilir. Çünki hər işin arxasınca Əliheybət gedirdi. Aydını döyürdü. Ona içkini də o alırdı. Bir də mənə dedi ki, bir kəlmə razılıq ver, Aydını həbs etdirim. Amma mən razılaşmadım. Aydın onun qaranlıq işlərini bilirdi. Bu səbəbdən ondan şübhələnirəm".Bu danışıqlardan sonra X.Hidayətqızı Aydın İmanovun həyatda olduğuna inanmadığını bildirib.Zülfiyyə Qurbanova
Oxşar xəbərlər
Xoşqədəm Hidayətqızı: “Mənim hesabıma milyonlar qazanıldı” – VİDEO
Tanınmış aparıcı Xoşqədəm Hidayətqızı “Xəzər TV”də yayımlanan “Səni Axtarıram” sevilişində keçmiş iş yerini tənqid edib.BAKU.WS xəbər verir ki, aparıcı əvvəllər...
