Elgiz Əkbər göz yaşlarına boğuldu: "Dedi, pulsuz dönər və çörək apara bilərsiniz" - VİDEO

Aparıcı Elgiz Əkbər həmkarı Ulvira Qarayevanın "AStar" verilişinə qonaq olub.
BAKU.WS xəbər verir ki, o, yutub layihəsində iştirakı zamanı bəzi açıqlamalar verib. Elgiz bildirib ki, işsiz qaldığı zaman ona dönərxana sahiblərindən biri pulsuz dönər və çörək aparmasını təklif edib. Aparıcı bu barədə danışarkən kövrələrək göz yaşlarını saxlaya bilməyib:
"O hadisə yadıma düşəndə pis oluram. Deməli, iş bağlanıb. Nizami metrosuna yaxın bir yerdə dönər, lahmacun satılan yer var. Birdən ürəyim lahmacun istədi. Maşını saxladım, içəri girib 5-6 lahmacun və dönər sifariş etdim. Evə də aparmaq istəyirdim. Müdür gəlib dedi ki, "Elgiz müəllim, mən sizdən pul almayacağam. Siz işə düzələnə qədər hər gün gəlib buradan lahmacun, dönər və təndir çörəyi apara bilərsiniz. Siz bilirsiniz, bu mənim üçün nə demək idi? Mən o dönəri yeyə bilmədim".
Ətraflı videoda:
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...
