Eks deputat Rəfael Cəbrayılov 1,5 milyonluq villasını satışa çıxardı - VİDEO
03
noy
2019
10:32
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Borc qalmaqalına görə deputat mandatı ləğv edilən Rəfael Cəbrayılov 1,5 milyon manatlıq villasını borclarını geri qaytara bilməməsi ilə əlaqədar satışa çıxarıb.BAKU.WS Real TV-yə istinadla xəbər verir ki, Rəfael Cəbrayılovun borclu olduğu şəxslərin sayı 10 nəfərdən çoxdur. Onlardan biri, Cəbrayılova 300 min dollar borc vermiş Təranə Fətəliyeva Real-a bildirdi ki, eks deputat ondan möhlət istəyib. Qeyd edək ki, Rəfael Cabrayılovun aldığı borcla bağlı vətəndaşlar məhkəmələrə müraciət ediblər. Hazırda iddia ərizəsinə mülki qaydada baxılır. Baş Prokurorluqdan aldığımız xəbərə görə, xüsusi qərardad çıxarılandan sonra baş prokurorluq araşdırma aparacaq.
Oxşar xəbərlər
Rafael Cəbrayılov villasını satışa çıxardı - Borclu olduğu şəxslərin sayı 10 nəfərdən çoxdur
Borc qalmaqalına görə deputat mandatı ləğv edilən Rafael Cəbrayılov milyonçular məhəlləsində yerləşən villasını satışa çıxarıb. BAKU.WS yenisabah-a istinadən xə...