Əhaliyə donvurma ilə bağlı CİDDİ XƏBƏRDARLIQ - Qarşıdakı günlərdə... - FOTO/VİDEO

Əhaliyə donvurma ilə bağlı CİDDİ XƏBƏRDARLIQ - Qarşıdakı günlərdə... - FOTO/VİDEO
Foto Video
Video 176

Hidrometeroloji proqnozlara əsasən qarşıdakı günlərdə ölkə ərazisində, xüsusilə Abşeron yarımadasında qeyri-sabit və şaxtalı hava şəraiti gözlənilir. Bu günlərdə içməli su xətlərinin və sayğacların donvurmadan qorunmasına ciddi diqqət yetirilməlidir.

Bu barədə BAKU.WS-ə “Azərsu” ASC-nin mətbuat xidmətindən bildirilib.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi abonentlərin diqqətinə çatdırır ki, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə, eləcə də kommersiya obyektlərində quraşdırılmış sayğacların şaxtalı günlərdə donvurma nəticəsində sıradan çıxmasının qarşısını almaq üçün zəruri qabaqlayıcı tədbirlər görülməlidir.

Şaxtanın daha çox olduğu gecə saatlarında sayğacın içində suyun qalmaması üçün sayğacın giriş ventili bağlanmalı, çıxış ventili açıq saxlanmalı, sayğac qutularının qapağı bağlı saxlanmalı, sayğac qutusunun içi ağac yonqarı ilə mühafizə olunmalıdır. Eyni zamanda fərdi həyət evlərində açıq boruların izolyasiya edilməsi vacibdir.

Abonentlər şaxtalı hava şəraitində içməli su təchizatı və sayğacların istismarında qarşılaşdıqları problemlərlə bağlı 24 saat fəaliyyət göstərən 955 Zəng Mərkəzinə müraciət edə bilərlər.

Oxşar xəbərlər

"Azərsu": "Şaxtalı günlərdə sıradan çıxan su sayğacları abunəçilərin hesabına əvəzlənəcək"

"Azərsu": "Şaxtalı günlərdə sıradan çıxan su sayğacları abunəçilərin hesabına əvəzlənəcək"

Fərdi yaşayış evlərində və həyətyanı sahələrdə, eləcə də qeyri-əhali istehlakçıları üçün quraşdırılmış su sayğacları istənilən kənar müdaxilə nəticəsində zədələ...

156 Sosial 17:50 08 fevral 2023

Son xəbərlər