Əfvin icrasından təsirli anlar: Göz yaşları sevincdən axdı - VİDEO

Əfvin icrasından təsirli anlar: Göz yaşları sevincdən axdı - VİDEO
Video
Video 216

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 18-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamın icrası həyata keçirilib.

Sərəncam ümumilikdə 625 nəfərə şamil olunub. 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş üç nəfərin cəzası 25 il müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib.

Azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş iki nəfər cəzadan azad edilib, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış üç nəfər isə cəzadan azad edilib.

Baku TV-nin əməkdaşları əfv olunma prosesini lentə alıb. Məhkumların yaxınları və ailə üzvləri ilə görüşü təsirli olub.

Ətraflı süjeti təqdim edirik:

Oxşar xəbərlər

Prezidentin əfv etdiyi 85 yaşlı məhkum: "Sevinirəm" - VİDEO

Prezidentin əfv etdiyi 85 yaşlı məhkum: "Sevinirəm" - VİDEO

Fəaliyyətinin mərkəzində Azərbaycan vətəndaşı dayanan prezident İlham Əliyev daha bir humanist addım atdı. Dövlət başçısının sərəncamı ilə məhkum edilmiş bir sı...

1144 Video 07:59 08 aprel 2020

Son xəbərlər