Efirdə anasının ölüm xəbərini eşitdi, hər kəs göz yaşlarına boğuldu (VİDEO)
09
yan
2018
09:37
Xoşqədəm Baxşəliyevanın təqdimatında efirə gedən "Səni axtarıram" verilişində anasını axtaran gəncə acı xəbər verildi. BAKU.WS-in məlumatına görə, Asiman adlı gənc 40-ı çıxmamış körpələr evinə qoyulub və onu başqa bir ailə övladlığa götürülüb. 13 yaşında anası onu övladlığa götürdüyünü deyib. O zamandan anasının axtarışına başlayan Asimana efirdə anasının öldüyü deyilib. Göz yaşlarına boğulan gəncin anası Gülcahan məhz uşağı üçün öz canından keçir. Həkimlərin doğuma qadağa qoymasına qoymasına baxmayaraq Gülcahan övladını dünyaya gətirir və 4 gün sonra dünyasını dəyişir. Geridə 4 övladını gözüyaşlı tək qoyur. Bu xəbər 24 ildir anasını axtaran Asimanı darmadağın edir. O, efirdə ayaqüstə durmaqda çətinlik çəkir. BAKU.WS
Oxşar xəbərlər
Xoşqədəm canlı efirdə ölüm xəbəri verdi, gözyaşlarına boğuldu (VİDEO)
Xoşqədəm Baxşəliyeva "Səni axtarıram" verilişində kədərli bir xəbər açıqlayıb. BAKU.WS-in məlumatına görə, 10 yaşlı Nərminin xəstəlikdən əziyyət çəkən anası Səb...