Düşmən o videodan sonra ərazidən çıxarıldı - Ordumuz mövqelərini möhkəmləndirdi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan kütləvi informasiya vasitələrində məqsədyönlü və təxribat məqsədilə yayılan video bir neçə gün əvvəl Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngəzur istiqamətində Laçın rayonu sahəsində qeydə alınıb.
Sosial şəbəkələrdə erməni tərəfinin yaydığı video ilə bağlı etibarlı hərbi mənbələrdən Trend-ə bildirilib ki, sözügedən hadisədən dərhal sonra Ordumuzun bölmələrinin gördüyü adekvat və qəti tədbirlər nəticəsində düşmən həmin ərazidən çıxarılıb:
"Eyni zamanda hərbi qulluqçularımız daha əlverişli ərazilərdəki bir neçə mövqedə də möhkəmlənərək ərazini nəzarətə götürüb".
Qeyd edək ki, ermənilər tərəfindən məqsədyönlü və təxribat məqsədilə yayılan görüntülərdə əsgərimizlə qarşıdurma yer alıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev və Mehriban Əliyeva Füzuli, Zəngilan, Laçın və Cəbrayılda olublar - FOTO - VİDEO
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva fevralın 14-də Füzuli, Zəngila...