DTX əməkdaşları ulu öndər Heydər Əliyevin xatirəsini yad etdilər - VİDEO

DTX əməkdaşları Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsini yad ediblər.
BAKU.WS xəbər verir ki, müasir Azərbaycanın banisi və qurucusu, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, ümummilli lider Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin şəxsi heyəti Fəxri xiyabana gələrək dahi şəxsiyyətin məzarını ziyarət edib, əziz xatirəsini dərin ehtiramla anaraq məzarı önünə əklil qoyublar.
Həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri düzülüb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev və birinci xanım ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər - YENİLƏNİB
Mayın 10-da - xalqımızın xilaskar oğlu Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım...
