Dövlət ehtiyacı olanlara mal-qara payladı (VİDEO)
19
okt
2018
08:21
Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndinin sakinləri təsərrüfatlarını inkişaf etdirirlər.Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Cocuq Mərcanlı kəndində olub. Nazir, özünəməşğulluq proqramı çərçivəsində mal və materiallarla təmin olunmaqla kiçik ailə təsərrüfatları yaratmış sakinlərlə görüşüb.Nazir bildirib ki, sakinlərin bir çoxu burada yaradılan müəssisələrdə işlə təmin olunub. Habelə onların kənd təsərrüfatının ayrı-ayrı sahələrində, verilmiş pay torpaqlarında çalışmaları üçün lazımi dəstək göstərilib.Cocuq Mərcanlıda potensialları olan 25 nəfər seçilərək özünəməşğulluq proqramına cəlb edilib. Proqram çərçivəsində onlardan 23 nəfərinə heyvandarlıq üzrə kiçik ailə təsərrüfatları yaratmaq üçün mal-qara verilib. Daha iki nəfər isə istehsalat yönümlü ailə təsərrüfatlarını qurması üçün yaxın vaxtlarda zəruri avadanlıqlarla təmin ediləcək.Nazir, həmçinin şəhid ailələrinə veriləcək 11 000 manat birdəfəlik ödəmə ilə bağlı da danışıb. Deyib ki, hazırda bu istiqamətdə notarial qaydada sənədləşmə prosesi aparılır. Vətəndaşların 85 faizi öz hüquqlarını təsdiq ediblər. Bu proses başa çatdıqdan sonra vəsaitlər birbaşa vətəndaşların bank və kart hesablarına köçürüləcək.Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:BAKU.WS
Oxşar xəbərlər
Nazirdən şəhid ailələri ilə bağlı açıqlama
"Şəhid ailələrinə veriləcək 11 000 manat birdəfəlik ödəmə ilə bağlı heç bir problem yoxdur".BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Cocuq Mərcanlıda ju...