Dördgünlük iş həftəsi özünü doğruldacaq? - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Birləşmiş Ərəb Əmirliklərində federal hökumət işçiləri dördgünlük iş həftəsinə keçmək hüququ qazanacaqlar.
İyulun 1-dən qüvvəyə minəcək qaydalar dövlət işçilərinin təyin olunmuş həftəlik iş saatlarını dörd gündə, yəni gündə 10 saatdan və ya həftədə 40 saatdan çox olmayan rejimdə seçmə hüququnu müəyyən edir.
Bu, həm işçinin, həm də işəgötürənin razılığı ilə olmalıdır. Özəl sektorda çalışanlar üçün isə heç bir qayda müəyyənləşməyib.
“Sıxılmış iş həftəsi”nə keçid Birləşmiş Əmirliklərdə dövlət işçiləri üçün yeni İnsan Resursları qanununda nəzərdə tutulan bir sıra iş modellərindən biridir. Model həm ölkə daxilində, həm də xaricdə uzaqdan işləməyə və hibrid işə imkan verir. Hazırda digər Körfəz ölkələri də daha qısa iş həftəsinin tətbiqi imkanlarını araşdırır. Bu ilin martında Səudiyyə Ərəbistanının İnsan Resursları və Sosial İnkişaf Nazirliyi iş həftəsini qısaltmaq üçün üçgünlük istirahət rejiminin tətbiqi imkanını nəzərdən keçirdiyini bildirib.
Dördgünlük iş rejiminə keçidlə bağlı müzakirələr uzun müdətdir ki, bir sıra Avropa ölkələrində də gündəmdədir. Ancaq bu istiqamətdə real addım yalnız Birləşmiş Ərəb Əmirliklərində atılmış oldu.
Ətraflı BAKU.TV-nin videosunu təqdim edirik:
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...