Dilarə Əliyeva son vida borcunu yerinə yetirdi - VİDEO

Dilarə Əliyeva son vida borcunu yerinə yetirdi - VİDEO
Video
Video 327

"Özünü bizə elə öyrətmişdin ki, 50 yaş nədir Tünzalə? Sən həmişə hər kəsin yaddaşında yaşayacaqsan. Oynadığın seriallar, tamaşalar hər zaman səni yaddaşlarda saxlayacaq".

BAKU.WS xəbər verir ki, bu sözləri Əməkdar artist Dilarə Əliyeva “Söhbət var” verilişində həmkarı Tünzalə Əliyeva (Toppuş bacı) ilə bağlı son vida borcunu yerinə yetirərkən deyib.

Əliyeva Toppuş bacının ölümü ilə hələ də barışmadığını bildirib. Aktrisa ilə bağlı xatirələrini danışan Dilarə kövrələrək göz yaşlarını saxlaya bilməyib:

“Hamı səni doğması bacısı, əzizi bilirdi. Əslində hamı sənin bu dünyadan köçəcəyini də bilirdi. Amma bu qədər tez köçəcəyini bilmirdi. İcazə ver, səndən küsüm, inciyim. Biz səndən heç vaxt doymadıq. Nə qədər arzularımız, planlarımız var idi. Onları kim oynayacaq? Tünzaləm sənsiz çətindir. Qayıt gəl. Tünzalədən bir daha dünyaya gəlməyəcək. Nurlar içində yat laləm, qızılgülüm, şirin Tünzaləm!”

Xatırladaq ki, Əməkdar artist Tünzalə Əliyeva ötən ayın 22-də uzun sürən onkoloji xəstəlikdən vəfat edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər