Dəm qazından boğularaq ölən qardaşların məzarı - VİDEO
ADA Universitetinin dəm qazından boğularaq ölən 4-cü kurs tələbəsi Sərxan Həsənov və qardaşı Əlinin məzarının görüntüləri yayılıb.
BAKU.WS xəbər verir ki, qardaşlar yanvarın 26-da Tovuz rayonunun Ağbulaq kənd qəbirstanlığında dəfn olunublar.
Xatırladaq ki, ADA-nın tələbəsi, 2002-ci il təvəllüdlü Sərxan Asif oğlu Həsənov yaşadığı mənzildə dəm qazından zəhərlənərək vəfat edib.
Sərxanın qardaşı, 2001-ci il təvəllüdlü Əli Həsənov da onunla birgə mənzildə dəm qazından boğularaq ölüb.
Hazırda iki qardaşın öldüyü hadisə ilə bağlı Nərimanov Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
Dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mər...