İcra hakimiyyəti aparıcının körpü ilə bağlı ŞİKAYƏTİNƏ REAKSİYA VERDİ - VİDEO - YENİLƏNİB
Aparıcı Mətanət Əliverdiyeva Sumqayıt şəhəri ilə Saray qəsəbəsini birləşdirən körpünün qəzalı vəziyyətdə olduğunu bildirmişdi.
BAKU.WS xəbər verir ki, həmin problemə Sumqayıt Şəhər İcra Hakimiyyəti reaksiya bildirib.
Rəsmi qurumdan BAKU.WS-ə verilən məlumata görə, məsələ tez zamanda öz həllini tapacaq:
"Məsələ aidiyyatı qurumların diqqət mərkəzindədir və problemin aradan qaldırlması üçün tədbirlər görüləcək".
***12:30
Sumqayıt şəhəri ilə Saray qəsəbəsini birləşdirən körpü qəzalı vəziyyətə düşüb.
BAKU.WS xəbər verir ki, bu barədə "Xəzər axşamı" proqramının aparıcısı Mətanət Əliverdiyeva bildirib.
O qeyd edib ki, körpü uçmaq təhlükəsi ilə üz-üzədir. Aparıcı problemi efirdə söyləyərək aidiyyatı qurumları bu məsələni həll etməyə səsləyib:
"Mən bir vətəndaş kimi o yolu gedib-gəldiyim üçün problemi bildirmək istəyirəm. Daş bazarı ilə Saray qəsəbəsini birləşdirən bir körpü var. Oradan hər gün minlərlə minik, o cümlədən yüksək tonnajlı yük avtomobilləri keçir. Lakin son zamanlar həmin körpüdə çox iri çatlar meydana gəlib. Oradan hətta özəl məktəblərdə təhsil alan şagirdləri daşıyan servis avtobusları da keçir. Oradan keçəndə öz-özümə deyirəm ki "Görəsən bu dəqiqə körpü uçacaq yoxsa yox?" Yəni o dərəcədə qəzalı vəziyyətdədir. Aidiyyatı qurumlara səslənirəm, nəzərə alsınlar. Orada avtomobillər iki istiqamətdə şütüyür. Bir gün o çatlar daha da böyüyəcək".
Ətraflı videoda:
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...