Connect QSC "Bilik Günü" münasibəti ilə "Nur Uşaq Evi"-ni ziyarət edib - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Connect QSC silsiləli şəkildə keçirdiyi sosial layihələri davam etdirir. Connect ailəsi bu dəfə 15 Sentyabr "Bilik Günü" münasibəti ilə Ramana qəsəbəsində yerləşən "Nur Uşaq Evi"-ni ziyarət edib.
Sözügedən uşaq evində 30-dan çox azyaşlı və məktəbli uşaqlar qalır. Valideyin himayəsindən kənarda qalmış bu uşaqlar gələn qonaqları çox böyük maraqla qarşıladılar. Connect əməkdaşları tərəfindən təqdim edilən məktəb ləvazimatları və məişət texnikaları uşaqların sevinc və həyəcanına səbəb oldu.
Beləcə, Connect heyəti uşaq evinin kiçik sakinləri ilə maraqlı zaman keçirdilər. Sonda uşaqlarla birgə xatirə şəkili çəkildi.
Bu tip Korporativ Sosial Məhsuliyyət yönümlü tədbirlərin keçirilməsində əsas məqsəd cəmiyyətin diqqət və mənəvi qayğıya ehtiyyacı olan təbəqəsinə dəstək olmaq, onlardan diqqət və qayğını əsirgəməməkdir.
Qeyd edək ki, "Connect" QSC, 2005-ci ildən Azərbaycanın bir çox bölgəsində və Bakı şəhərində telekommunikasiya xidmətləri üzrə fəaliyyət göstərir
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...