“Caliber”: Minallanmış cənnət: Laçında erməni terroru - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Ordusunun keçirdiyi “Qisas” əməliyyatından sonra qeyri-qanuni erməni hərbi dəstələrinin Azərbaycan ərazisindən çıxması sürətlənib.
Onlar ağır texnikalarını da götürüb Azərbaycanın suveren ərazisini tərk edir. Bununla belə, erməni tərəfi özünün işğalçı adətlərinə sadiq qalaraq Kəlbəcərdə olduğu kimi, Laçında da yanğınlar törətməkdə və əraziləri minalamaqla məşğuldurlar.
Bu barədə “Caliber” layihəsinin “YouTube” kanalında yayımlanan növbəti süjetdə qeyd olunur.
Müəllif qeyd edir ki, Azərbaycan tərəfi düşmənin növbəti dağıdıcı fəaliyyətinə kifayət qədər hazırlıqlı davranır.
Belə ki, ordumuz pilotsuz uçuş aparatlarının vasitəsi ilə Laçında baş verən bütün dağıdıcı fəaliyyətləri qeydə alır, həmçinin bir neçə gün əvvəl Sarıbaba yüksəkliyində yeni basdırılmış minaları aşkar edərək zərərsizləşdirib.
Ətraflı “Caliber”in növbəti videosüjetində:
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...