Cahit Bağçı: “Azərbaycanda 15 seçki qutusu quraşdırılıb” - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə səfiri Cahit Bağçı Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarını səsvermədə iştirak etməyə çağırıb.
O, mətbuat konfransında mayın 14-də Türkiyədə Prezident və parlament seçkilərinin keçiriləcəyini xatırladıb.
“Azərbaycanda 15 seçki məntəqəsi yaradılıb. Onlardan 9-u Bakıda olacaq. Vətəndaşlarımız mayın 5-i saat 9:00-21:00 arasında 12 saat ərzində Bakı, Naxçıvan və Gəncədə səs verə biləcəklər Səsvermə prosesinin həyata keçirilməsi üçün bütün lazımi şərait yaradılıb. Vətəndaşlarımızı səsvermədə aktiv iştirak etməyə çağırırıq”, - deyə diplomat bildirib.
Daha ətraflı BAKU.TV-nin süjetində:
Oxşar xəbərlər
Milli Məclisin yeni tərkibi - SİYAHI
Konstitusiya Məhkəməsi Plenumu 9 fevralda keçirilmiş növbədənkənar parlament seçkilərinin nəticəsini təsdiqlədikdən sonra VI çağırış Milli Məclisin yeni tərkibi...