Buzovna qəsəbəsindəki problemli küçə nəzarətə götürüldü - VİDEO/FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Buzovna qəsəbəsində geniş ərazi zibilliyə qərq olub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Buzovna qəsəbəsi, Saqib Haşımbəy küçəsində böyük bir ərazi məişət tullantıları ilə dolub. Ərazinin təmizlənməsinə isə heç kim baxmır.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etdik. Nazirlikdən operativ olaraq sorğumuza verilən cavabda Buzovna qəsəbəsi, Haşımbəy Saqib küçəsində məişət tullantılarının qalaqlanması və ətrafa iy-qoxunun yayılması ilə bağlı daxil olan şikayətin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırıldığı qeyd olunub.
Xidmətin rəis müavini Ramal Bağırov Oxu.Az-a açıqlamasında bildirib ki, əraziyə keçirilən baxış zamanı tullantıların pərakəndə şəkildə ətrafa atılaraq qalaqlandığı və qanunvericiliyə uyğun idarə edilmədiyi faktı təsdiqini tapıb:
“Hazırda ərazi Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının nəzarəti altında Xəzər rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən tullantılardan təmizlənir”.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...