Bu yolda işıqforun faza vaxtı 7 saniyə artırıldı - VİDEO

Bu yolda işıqforun faza vaxtı 7 saniyə artırıldı - VİDEO
Video
Video 1

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxt yollarında sıxlığı azaltmaq üçün tədbirləri davam etdirir.

Mərkəzdən BAKU.WS-ə verilən məlumata görə, bu məqsədlə Mərkəzin əməkdaşları Binəqədi rayonu, Binəqədi şosesi ilə Mehdiabad yolunun kəsişməsində təhlillər aparıblar.

Avtomobillərin intensiv hərəkət etdiyi bu yolda axşam saatlarında yaranan sıxlığın qarşısını almaq üçün kəsişmədə olan svetoforun vaxt planına dəyişiklik edilərək, Mehdiabad yolundan hərəkət edən nəqliyyatın faza vaxtı 7 saniyə artırılıb.

Nəticədə axşam saatlarında Mehdiabad yolundan kəsişmə istiqamətinə hərəkət edən nəqliyyat axınının sıxlığı aradan qaldırılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər