Bu sinifdə dərslər axşam başlayır - VİDEO
28
fev
2019
08:19
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Təhsil almağın yaşı yoxdur" deyiblər. İnsan hər yaşda parta arxasında oturub nəsə öyrənə bilər.BAKU.WS xəbər verir ki, Xəzər TV-nin növbəti süjeti də bu mövzudadır. Kanalın əməkdaşı Azər Teymurlu Bakıdakı axşam növbəsində dərs keçirilən məktəblərin birində olub.Burada 25-30 yaşlı insanlar vaxtilə yarımçıq qoyduqları orta təhsillərini tamamlamaq üçün yenidən dərslərdə iştirak edirlər.Axşam saat 7-nin yarısıdır. Bu şagirdlər evlərinə gedirlər..Amma düşünməyin ki, məktəb bağlanır. Sinifdəki bu şagirdlər üçün isə dərslər məhz axşam başlayır.Görüntülər Bakıda axşam dərslərinin keçirildiyi azsaylı məktəblərdən biri olan 193 saylı orta məktəbdəndir.Müəyyən səbəblərdən 9-cu sinifdən təhsilini dayandıran şagirdlər sonradan attestat almaq üçün məktəblərə müraciət edərək axşam dərslərinə qatılırlar. Axşam dərslərində iştirak etmək üçün yaş məhdudiyyəti yoxdur. 9 nəfərin olması kifayətdir ki, yeni qrup açılsın.Məktəbin direktoru Rahim Hüseynov deyir ki, axşam dərsləri zamanı 10 və 11-ci siniflərə keçirilən dərslər gündüz növbəsində olduğu kimi 2 ilə yox, 3 ilə öyrədilir. Bədən tərbiyəsi və əmək təlimindən başqa, yuxarı siniflərdə tədris edilən bütün fənlər axşam dərslərinin proqramına salınıb.Qeyd edək ki, Bakıda ümumilikdə 4 belə məktəbdə 422 şagird təhsil alır.BAKU.WS
Oxşar xəbərlər
Kürdəmirdə məktəbin tavanı uçub – FOTO
Kürdəmir rayonunda dərs zamanı orta məktəbin tavanı çöküb.BAKU.WS xəbər verir ki, bu barədə “a24.az”a məlumat daxil olub. Daxil olan məlumata görə, hadisə rayon...