"Bu şəhərdə"nin Müşviqinin əlindən alınmış evi ilə bağlı son qərar verildi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
"Bu şəhərdə" komandasının senaristi Müşviq Abbasovun evi əlindən alınmaya bilər.
BAKU.WS xəbər verir ki, dünən baş tutan məhkəmədə evinin əlindən alınması ilə bağlı çıxarılan məhkəmə qərarı qismən ləğv edilib.
M.Abbasov bu barədə özü məlumat verib:
"Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qərarını qismən ləğv edib. Bununla da məni vicdanlı alıcı kimi tanınmağım təmin edildi və dövlətin (əmlak komitəsi, 5 saylı notarius) mənə verdiyi sənədləri hüquqi tanıyaraq işi yenidən baxılması üçün apellyasiya məhkəməsinə yönəltdi.Var olsun ədalətli qərar çıxaran, vicdanlı hakimlər. Allah hamımızı mərdimazardan qorusun!"
M.Abbasovun ev məsələsinin təfərrüatları ilə aşağıda təqdim etdiyimiz videoda tanış ola bilərsiz:
Zülfiyyə Qurbanova
Oxşar xəbərlər
Müşfiq Abbasovun evi əlindən alına bilər - VİDEO
Təxminən 7-8 il öncə kütləvi informasiya vasitələrində ev alan şəxslərin işbazların toruna düşməsi barədə müxtəlif xəbərlər yayılırdı. BAKU.WS BAKU.TV-yə istina...