Bu ərazilərdə qaz olmayacaq

Bu ərazilərdə qaz olmayacaq
Video 3919
Oktyabrın 22-də saat 10:00-dan “Qaz İxrac” İdarəsi “Yevlax-Naxçıvan” magistral qaz kəmərinin 43-cü km-də yerüstü kanal keçidində aşkar olunmuş qaz sızmalarının ləğvi işlərinə start verir."Azəriqaz" İstehsalat Birliyindən BAKU.WS-ə verilən məlumata görə, Bərdə və Tərtər rayonlarının bir qrup abonenti bu müddətdə qazı fasilələrlə alacaq.Xocasən qəsəbəsi ərazisində müxtəlif diametrli yeni çəkilmiş polietilen orta təzyiqli qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi işlərinə başlanılır. Bu zaman Binəqədi rayonu, Sulutəpə və Xocəsən qəsəbələrində oktyabrın 22-də saat 10:00-dan etibarən qaz təminatında fasilələr müşahidə olunacaq.Şəmkirdə isə həmin saatlarda qaz xətləri üzərində 3 ədəd tənzimləyici qurğu quraşdırılacaq. İşlərin icrası rayonun bir neçə yaşayış məntəqəsində qaz təchizatının müvəqqəti olaraq dayandırılmasına zərurət yaradıb.

Oxşar xəbərlər

Ərdoğan Bakıda Məhəmməd Əmin Rəsulzadədən sitat gətirdi - VİDEO

Ərdoğan Bakıda Məhəmməd Əmin Rəsulzadədən sitat gətirdi - VİDEO

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə çıxıb edib. BAKU.WS xəbər verir ki, Ərdoğ...

890 Video 10:22 15 oktyabr 2019

Son xəbərlər