Britaniya səfiri Azərbaycan xalqını təbrik etdi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Böyük Britaniya səfiri Ferqus Ould Azərbaycan xalqını Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib.
Bu barədə səfir tviter hesabında paylaşım edib.
“Bu il möhtəşəm bir il oldu. 2023-cü ildə qarşımızda daha böyük hədəflər dayanır və onlara birgə nail olacağımıza inanıram. Necə deyərlər, el bir olsa, dağ oynadar yerindən. Bütün Azərbaycan xalqını Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edirəm!”, - paylaşımda deyilir.
Səfir videomüraciətində 2022-ci ilin Azərbaycanla Böyük Britaniya arasında ikitərəfli münasibətlər baxımından əlamətdar il olduğunu, bu il ölkələr arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünün qeyd edildiyini nəzərə çatdırıb.
Bu il möhtəşəm bir il oldu. 2023-cü ildə qarşımızda daha böyük hədəflər dayanır və onlara birgə nail olacağımıza inanıram. Necə deyərlər – El bir olsa, dağ oynadar yerindən.
— FergusAuldFCDO (@FergusAuldFCDO) December 31, 2022
Bütün Azərbaycan xalqını Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edirəm! pic.twitter.com/HN7G4cxZmT
Oxşar xəbərlər
İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub - YENİLƏNİB - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbayca...