Bloger Nagehanla azərbaycanlı əri bu kanalda aparıcılıq edəcək - VİDEO

Bloger Nagehanla azərbaycanlı əri bu kanalda aparıcılıq edəcək - VİDEO
Video
Video 365

Bloger Nagehan Abdullayeva həyat yoldaşı Fərid Abdullayevlə veriliş aparıcılığı edəcək.

BAKU.WS xəbər verir ki, hər kəsin sosial şəbəkələrdən tanıdığı cütlük MTV kanalında tamaşaçılar qarşısına çıxacaq.

Onlar birlikdə “Ailəmizin mətbəxi” adlı yemək proqramını təqdim edəcəklər.

Bu barədə Nagehan şəxsi instaqram səhifəsində bildirib:

“3 il əvvəl başlayan macəra dəfələrlə ləğv edildi. Demək ki, doğru gün bu gün imiş... Bizə xeyirli olsun”.

Xatırladaq ki, Nagehanla Fəridin iki azyaşlı övladı var. Onlar Türkiyədəki evlilik proqramında tanış olublar.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər