Bayağı mahnıların siyahısının təqdim edildiyi iclasda Brilliant Dadaşova da iştirak edib - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi “Mahnılarımız monitorinq aynasında” adlı hesabat tədbiri keçirib. Tədbirdə xalq arasında yayılmış 200-ə yaxın mahnı bayağı hesab edilib, 2000-dən çox musiqi əsərində nöqsanlar aşkarlanıb. Milli-mənəvi dəyərlərimizə xələl gətirdiyi deyilən mahnıların siyahısı dərc edilib.
BAKU.WS xəbər verir ki, sözügedən tədbirdə Xalq artisti Brilliant Dadaşova da iştirak edib.
O, kürsüdə çıxış edərək bu təbliğatın televiziya və radiolarda aparılmalı olduğunun vacibliyini bildirib:
"Xalqın nümayəndələri, oxumaq istəyən gənclərimiz bir parça çörəkpulu qazanmaq istəyirlər. Onlara mane olmaq olmaz. Amma televiziyalarımız bu mahnılara qayda-qanun qoysalar, bütün məşhur olmaq istəyənlər, yutubda nə qədər baxış sayları olsa da, onlar yenə də televiziyanın qoyduğu qayda-qanuna uyğun gəlmək istəyəcəklər. Çünki xalq televiziyanı çox ciddi qəbul edir. Biz nə qədər desək ki, televiziya verilişlərinə baxmırıq, amma xalq televiziyanı norma kimi qəbul edir".
Brilliant Dadaşovanın çıxışının görüntülərini Show_news səhifəsi yayıb.
Ətraflı videoda:
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...