"Başımızı kəsmək istəyirdi" - Ferma sahibi Fazilin İNANILMAZ və DƏHŞƏTLİ əməlləri - VİDEO

Başımızı kəsmək istəyirdi - Ferma sahibi Fazilin İNANILMAZ və DƏHŞƏTLİ əməlləri - VİDEO
Video
Video 1669

Pirşağıda ferma sahibi Fazil İsmayılovun inanılmaz dərəcədə " rel="external noopener noreferrer">dəhşətli əməlləri üzə çıxıb.

BAKU.WS xəbər verir ki, Bakıya quldarlıq dövrünü qaytaran ferma sahibi "Səni axtarıram" proqramında ifşa edilib.

Qucağında 3 yaşlı körpəsi olan qadın Gədəbəydən Ramin adlı bir çoban vasitəsilə Fazilin fermasına gətirildiyini, orada 8 ay qul kimi işlədildikdən və işgəncələrə məruz qaldıqdan sonra gecə saat 4-də qaçdığını deyib.

Qadının sözlərinə görə Fazil ona və digər işçilərə, hətta körpəsini hər gün təpiyinin altına salıb döydüyünü, ən pis söyüşlərlə təhqir etdiyini bildirib:

"Bura gəlməsəydik Nərminin gününə düşəcəkdik, bizim də başımız kəsiləcəkdi. Səyadın başını kəsmək istəyir, qorxudur. Ona zülüm verir. Səyadın anası-atası niyə övladına sahib çıxmır? Səyadın qolları doğram-doğramdır. Həmin zülümləri mənə də verib. Mən o 8 ayda nələr çəkmədim?! 2 yumurta ilə səhər 4-dən gecə 12-dək işləyirdim. Bizə kif atmış çörək, şirniyat yedirdidi. Uşağım bütün sutkanı mənsiz qalırdı.

Ağdamlı Tellinin qızının böyrəyini satmaq istəyirdi. Kim qaçmaq istəyir, polisə deyir ki, mənim mal-heyvanımı oğurlayıb qaçıb. Hədə-qorxusundan qaça da bilmirdik. Mənim uşağıma çox zülüm verirdi. Yerlərdə sürüyürdü. Səyad hər şeyi görürdü. onun qorxusundan danışmır. 102-yə yığdım, məni fermada gizlətdi. Səyadla məni qorxudurdu ki, polisə xəbər versəniz, sizə iynə vurub öldürəcəm. Səyadın yiyəsi, haradasınız, gedin uşağınıza yiyə çıxın!"

Qadın deyib ki, Fazil onu Səyada ərə getməyə məcbur edirmiş:

"Səyadın 19 yaşı var, mənim 34, bizi məcbur evləndirmək istəyirdi. Məndən sonra 35 yaşında Gülnaz gəlmişdi, iki uşaq anası idi, onu da məcburən Səyadla evlənməyə məcbur edib. Mənim çəkdiyimi Allah götürməz. Orada çox zülüm çəkdim. Uşağımın başını dəfələrlə yarıb. Malın altında, inəyi sağanda təpiklə vururdu. Havayı işlədirdi, 1 qəpik vermirdi. Uşağımın doğum günündə 200 manat pul istədim, ağzımı-üzümü, ölümü-dirimi söydü, həmin günü uşağımın başını yardı. Tək məni yox, hamını belə edir. Səyadın qardaşları aparmağa gəldi, dedi ki. getsən başını kəsəcəm. S\əya da qorxusundan getmədi".

Xatırladaq ki, ferma sahibi Fazil İsmayılovun bu hərəkətləri ilk dəfə 1 həftə əvvəl Səyad adlı gəncin itkin düşməsilə üzə çıxıb. Səyadı axtaran anası ilə qardaşı proqrama gələrək kömək istəmişdi. Məsələ ictimailəşdikdən sonra Səyad tapıldı, lakin anasının yanına deyil, fermaya - Fazilin yanına geri döndü. Daha doğrusu polis Səyadı Fazilə təhvil verdi. Səyadın qardaşı Səbuhi özünün də bir müddət Fazilin fermasında çalışdığını, onun tərəfdən işgəncələrə məruz qaldığını deyib. Qardaşın sözlərinə görə Fazil işçilərini əsarət altında saxlayır. İşlədir, pulunu vermir, döyür və söyür.

Fazilin əməllərindən əziyyət çəkən yüzlərlə tamaşaçının müraciəti Xoşqədəm Hidayətqızını mövzuya yenidən qayıtmağa vadar edib.

Bir həftə əvvəlki buraxılışda efirə zəng edən Kəmalə adlı qadın oğlu ilə birlikdə illərlə Fazilin yanında çalışdığını bildirib və onun dəhşətli əməllərindən söz açmışdı. Qadın gözünün qabağında Fazilin oğluna işgəncə verdiyini, başqa işçilərə də verdiyi əzabları danışıb. Kəmalə xanım deyib ki, Fazil işçiləri pulsuz işlədir. İşçilər pul istəyəndə bir bəhanə ilə döyüb, işgəncə verir.

Onu da qeyd edək ki, F.İsmayılov işçilərilə əmək müqaviləsi bağlamayıb. İşgəncələr bir yana qalsın, ən azından təkcə bu fakt əmək məcəlləsinin pozulması və vergidən yayınma deməkdir.

Qeyd edək ki, Fazilin əməllərindən əziyyət çəkənlər durmadan proqramla əlaqə saxlayaraq üzləşdikləri işgəncələrdən söz açıblar.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər