"Gözümün önündə oğluma işgəncə verirdi" - Ferma sahibi Fazilin DƏHŞƏTLİ əməlləri - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Pirşağıda ferma sahibi Fazil İsmayılovun dəhşətli əməlləri üzə çıxıb.
BAKU.WS xəbər verir ki, Bakıya quldarlıq dövrünü qaytaran ferma sahibini "Səni axtarıram" proqramı ifşa edib.
Ferma sahibi Fazil İsmayılovun bu hərəkətləri ilk dəfə 1 həftə əvvəl Səyad adlı gəncin itkin düşməsilə üzə çıxıb. Səyadı axtaran anası ilə qardaşı proqrama gələrək kömək istəmişdi. Məsələ ictimailəşdikdən sonra Səyad tapıldı, lakin anasının yanına deyil, fermaya - Fazilin yanına geri döndü. Səyadın qardaşı Səbuhi özünün də bir müddət Fazilin fermasında çalışdığını, onun tərəfdən işgəncələrə məruz qaldığını deyib. Qardaşın sözlərinə görə Fazil işçilərini əsarət altında saxlayır. İşlədir, pulunu vermir, döyür və söyür.
Fazilin əməllərindən əziyyət çəkən yüzlərlə tamaşaçının müraciəti Xoşqədəm Hidayətqızını mövzuya yenidən qayıtmağa vadar edib. Efirə zəng edən Kəmalə adlı qadın oğlu ilə birlikdə illərlə Fazilin yanında çalışdığını bildirib və onun
" rel="external noopener noreferrer">dəhşətli əməllərindən söz açıb.
"Fazil gözümün qabağında oğluma işgəncə verirdi. İşçiləri təpiiyinin altına salıb döyürdü", - deyən qadın, Fazilin Səyadı və başqa işçilərə də verdiyi əzabları danışıb. Kəmalə xanım deyib ki, Fazil işçiləri pulsuz işlədir. İşçilər pul istəyəndə bir bəhanə ilə döyüb, işgəncə verir.
Onu da qeyd edək ki, F.İsmayılov işçilərilə əmək müqaviləsi bağlamayıb. İşgəncələr bir yana qalsın, ən azından təkcə bu fakt əmək məcəlləsinin pozulması və vergidən yayınma deməkdir.
Çəkiliş qrupu sözügedən fermaya da yollanıb. Lakin Fazil bütün deyilənləri təkzib edib.
Zülfiyyə Qurbanova
Oxşar xəbərlər
"Heyvan xəstələnəndə bizə işgəncə verirdi" - Pirşağıda ferma sahibinin DƏHŞƏTLİ əməlləri ortaya çıxdı - VİDEO
Bakıda 3 gün əvvəl itkin düşən 19 yaşlı Bayramov Səyad Ərəstun oğlu tapılıb. BAKU.WS xəbər verir ki, Səyad Pirşağıda çalışdığı fermadan yoxa çıxmışdı. Axtarıla...