Baş Prokurorluqdan onlayn alış-veriş edənlərə MÜRACİƏT - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Baş Prokurorluq onlayn alış-veriş zamanı baş verən dələduzluqlarla bağlı vətəndaşlara müraciət edib.
Qurumun Mətbuat Xidmətindən BAKU.WS-ə daxil olan müraciətdə deyilir:
"Prokurorluq orqanları tərəfindən modern dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşa yönümlü, onları məmnun edən kompleks tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır.
Tədbirlərin davamı kimi, vətəndaş məmnunluğunun təmin olunması, eləcə də mühüm əhəmiyyət kəsb edən mövzularla bağlı maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən vətəndaşları narahat edən məsələlərlə bağlı maarifləndirici videoçarxların hazırlanaraq #maariflənək həştəqi altında ictimaiyyətə təqdim olunması qərara alınıb.
Hazırda təqdim olunan videoda onlayn alış-veriş zamanı baş verən dələduzluq halları ilə bağlı maarifləndirici məlumat verilir".
Oxşar xəbərlər
İlham Əliyev Rusiyanın aparıcı KİV rəhbərləri ilə görüşüb - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölk...