Balıqlara qadağa mövsümündə burada ov edə bilərsiniz - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Mövsümlə əlaqədar olaraq bazarlarda Xəzər dənizinin Azərbaycana aid hissəsindən ovlanan balıqların satışı azalıb. Piştaxtalarda əsasən xaricdən gətirilən balıqlara rast gəlinir.
Hazırda ölkə ərazisindəki bütün su hövzələrində balıq ovu qadağan olunsa da, balıq həvəskarlarını ilin bütün fəsillərində bu dəniz məhsulu ilə təmin edənlər var. Söhbət qapalı balıqçılıq təsərrüfatlarından gedir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmisi Arzu Səmədovanın sözlərinə görə, şəxsi təsərrüfatlarda açıq və ya qapalı hovuz şəraitində balıq yetişdirilməsi qadağan edilmir.
O əlavə edib ki, qadağa Xəzər dənizi, onunla əlaqəsi olan çaylar və su anbarları, eyni zamanda Xəzər və ona tökülən çaylarla əlaqəsi olan kanallara aiddir.Qeyd edək ki, balıqların kürütökmə dövrü olduğundan 1 may 2023-cü il tarixindən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minib və bu qadağa sentyabrın 1-dək davam edəcək.
Ətraflı BAKU.TV-nin süjetini təqdim edirik:
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...