Bakının mərkəzində biabırçı mənzərə (VİDEO)
04
may
2018
10:44
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı yaxınlığında çəkilən görüntülər müzakirələrə səbəb olub. BAKU.WS-in məlumatına görə, Formula 1 yarışlarına görə bağlanan yollar sonradan ərazidən qaldırılmayıb. Bu isə sözgedən ərazidə paytaxt sakinlərinin gediş-gəlişinə çətinlik yaradıb. Belə ki, Kukla Teatrı yaxınlığında yolu keçmək üçün ancaq balaca bir pəncərə var. İnsanlar həmin balaca yerdən çox çətinliklə keçir. Həmin video sosial şəbəkələrdə yayılıb. Görüntü insanların narazılığına səbəb olub. Yarışların bitməsindən bir neçə gün keçməsinə baxmayaraq yol kənarına quraşdırılan maneələr hələ də götürülməyib. AbbasBAKU.WS
Oxşar xəbərlər
Bakıda qızın küçədə rəqsi izlənmə rekordları qırır - VİDEO
Məşhur müğənni Samir Piriyevin klipində çəkilən gənc rəqqasə Jalə Musayevanın yeni videosu yayılıb. BAKU.WS-in məlumatına görə, Samir Piriyevin “EŞQBAZ” adlı ye...