Bakının böyük rayonunda yollar təmir olunur – VİDEO

14
fev
2019
16:06
Binəqədi rayonu ərazisində yerləşən qəsəbələrin yollarının yenidən qurulması işlərinə start verilib.Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən BAKU.WS-ə verilən məlumata görə, kompleks tədbirlər ilkin mərhələdə Binəqədi rayonun Binəqədi, Rəsulzadə, Biləcəri, Sulutəpə və 28 may qəsəbələrinin 15-ə yaxın küçəsini və məhlədaxili yolları əhatə edir.
Belə ki, Binəqədi qəsəbəsində hazırda ümumi uzunluğu 6 km-dən çox olan 4 yolda, Rəsulzadə qəsəbəsində 2.5 km uzunluğa malik 5 küçə və məhlədaxili yollarda təmir-tikinti işləri həyata keçirilir.

Anar Nəcəfli – AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi:“Hazırda Binəqədi qəsəbəsində 1-ci mədən, 2-ci mədən və 3-cü mədən küçələrində, Rəsulzadə qəsəbəsində Zahid Qəmbərov, Aydınbəyov, Mahir Qədimov, Koroğlu və digər küçələrdə,Qeyd edək ki, Binəqədi rayonunun qəsəbədaxili yollarının abadlaşdırılması layihəsi çərçivəsində bundan öncə Sulutəpə qəsəbəsinin 4 km-lik Ruslan Alahverdiyev küçəsinin və bu küçəyə paralel olan qəsəbədaxili yolun yenidən qurulması işlərinə başlanılmışdı.
Yaxın günlərdə isə 28 may qəsəbəsinin yolunun bərpası işlərinə başlanılacaq.BAKU.WS


Biləcəri qəsəbəsində isə indiyədək 8 min kv.m sahədə 4 küçədə, həmçinin 1 May yaşayış massivinin yolunda təmir işləri həyata keçirilib və bu istiqamətdə işlər hazırda da davam etdirilir.


Oxşar xəbərlər
Suraxanı sakinlərini dərdə salan yollar – VİDEO
Bakının Suraxanı rayonunda yollar bərbad vəziyyətdədir.Bu barədə Asif Verdiyev adlı oxucu BAKU.WS-ə şikayətində bildirib. Onun sözlərinə görə, rayonun Yeni Günə...
