Bakının 6 istiqamətində BÖYÜK DƏYİŞİKLİK - TƏFƏRRÜAT/VİDEO
Paytaxtda yeni parklar salınacaq.
Xezerxeber.az xəbər verir ki, bir neçə istiqamət üzrə istirahət zonaları yaradılacaq.
Layihənin icrasında əsas məqsədlərdən biri paytaxt sakinləri və turistlər üçün əlverişli məkanların sayının çoxaldılmasıdır. Parklara müxtəlif növ ağaclar, gül və kol bitkiləri ilə yanaşı müasir işıqlandırma sistemlərinin quraşdırılması da planlaşdırılır.
Memar Aysel Hüseynova deyir ki, Bakıda yerlərdə yaşıllıq ərazilərin yaradılmasına ehtiyac var.
Onun sözlərinə görə, bu yolla istifadəsiz qalan torplaqlardan faydalanmaq olar.
Baş plana əsasən sənədin icra mərhələləri çərçivəsində Dənizkənarı Milli Parkın Zığ istiqamətində uzadılması, 28 may və Lökbatan ərazisində Hibrid Dəhlizlər daxilində yaşıllıqların salınması, Böyükşor gölü ətrafında Meşə parkın, Xocasən ərazisində mühafizə olunan təbiət parkının, Bülbülə və Zığ göllərinin təmizlənərək rekreasiya zonalarının yaradılması planlaşdırılır.
Memar bildirib ki, yeni 6 parkın salınması Bakıda turizmin inkişafına da töhfə verəcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...