Bakıda təhlükəli bina - VİDEO

Bakıda təhlükəli bina - VİDEO
Video
Video 1196
Bakı şəhəri, Binəqədi rayonu, metronun "Azadlıq prospekti" stansiyası yaxınlığında yaşayan və gündəlik həmin ərazidən keçən sakinlər tikinti aparılan binada təhlükəsizlik tədbirlərinin görülməməsindən şikayətçidirlər.BAKU.WS “report”a istinadən xəbər verir ki, onlar tikinti zamanı kranda baş verə biləcək xırda nasazlığın, fəhlələrin ehtiyatsızlığının, habelə digər hadisələrin faciəyə səbəb olacağından narahatdırlar.Saytın əməkdaşları adıçəkilən əraziyə baş çəkib və sakinlərin fikirlərini öyrənib.Tikinti aparan "Kristal abşeron" şirkəti məsələ ilə bağlı açıqlama vermək istəməyib.

Son xəbərlər