Bakıda sürücü avtomobildən yola zibil atdı - YENİLƏNİB - ANBAAN VİDEO

Bakıda sürücü avtomobildən yola zibil atdı - YENİLƏNİB - ANBAAN VİDEO
Video
Video 261

Paytaxtın Binəqədi rayonu ərazisində yola tullantı atan "Mersedes" markalı avtomobilin sürücüsü müəyyən edilib.

Bakı şəhər DYPİ-dən BAKU.WS-ə verilən məlumata görə Qanunun tələbini pozaraq nəqliyyat vasitəsindən küçəyə tullantı atdığına görə sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsəsən 40 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilib.

Bir daha sürücülərin diqqətinə çatdırırıq ki, bu hallar inzibati qayda pozuntusudur, polis əməkdaşları tərəfindən tədbirlər görülür.

***17:00

Paytaxt ərazisində minik avtomobilini idarə edən sürücü zibillə dolu sellofan torbanı küçəyə atıb.

Bu barədə BAKU.WS-in "Qaynar xətti"nə görüntülər göndərilib.

Kadrlarda dövlət qeydiyyat nişanı “59-BX-209” nömrəli olan maşının sürücüsününün küçəni zibillədiyi əks olunub.

Video həmin vaxt yoldan keçən başqa bir sürücü tərəfindən lentə alınıb.

İnzibati Xətalar Məcəlləsində qeyd olunur ki, magistral yolları zibilləyən sürücülər 40 manat, sərnişinlər isə 30 manat cərimə edilməlidir.

Avtomobil yollarının zibillənməsinə, müxtəlif tərkibli maddələr axıdılmasına, daş, çınqıl, qum və ot tökülməsinə, suvarma, çirkab və kanalizasiya sularının avtomobil yoluna axıdılmasına, yol örtüyünün çirklənməsinə görə fiziki şəxslər 30-50 manat, vəzifəli şəxslər 150-200 manat, hüquqi şəxslər 1500-2000 manat cərimə edilir.

BAKU.WS sözügedən görüntüləri təqdim edir:

Son xəbərlər