Bakıda sərnişin avtobusunda ölüm təhlükəsi - YENİLƏNİB - RƏSMİ AÇIQLAMA - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Təqdim edilən video görüntülər tərəfimizdən nəzarətə götürülüb. 163 nömrəli müntəzəm marşrut xəttinin müvəqqti istismarçısı Nürəddin Alıyev məsələylə bağlı izah verməsi üçün Agentliyə çağırılıb.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev BAKU.WS-ə açıqlamasında bildirib.
"163 nömrəli marşrut xətti üzrə sərnişindaşımaların vəziyyəti heç də ürəkaçan deyil. Bu barədə dəfələrlə daşıyıcı Nürəddin Alıyevə xəbərdarlıq edilib. Lakin görünən odur ki, müsbətə doğru dəyişiklik yoxdur. Bu hal bir daha bəzi daşıyıcıların işini sərnişindaşıma tələblərinə uyğun qurmadığını, vətəndaşların rahatlığından daha çox maddi maraqlarını üstün tutmasını göstərir. Bu isə qəbuledilməzdir. Belə davam edəcəyi təqdirdə daşıyıcı ilə müvəqqəti istismara dair müqaviləyə yenidən baxılacaq və marşrut xətti müsabiqəyə çıxarılacaq.
Konkret görüntülərə gəlincə bildirim ki, sərnişin avtobusunun bu formada idarə olunması həm yol hərəkəti, həm də sərnişindaşıma qaydalarına ziddir. Doğrudur, avtobusun qapısı açıq formada idarə olunması kimi inzibati xətalara nəzarət və müvafiq tədbirlərin görülməsi birbaşa bizim səlahiyyətə aid olmasa da Agentlik öz səlahiyyətləri çərçivəsində bu kimi hallara qarşı müəyyən tədbirlər görür", - deyə qurum rəsmisi vurğulayıb.
***16:54
Bakının Sabunçu rayonu ərazisində 163 nömrəli sərnişin avtobusu ölüm mənbəyidir və hər səhər insanların həyatını təhlükəyə atır.
Bu barədə vətəndaşlar BAKU.WS-in “qaynar xətt”inə şikayətlərində bildirirlər.
Bildirilir ki, səhər və axşam 163 nömrəli avtobusun sürücüləri avtomobili qapıları açıq şəkildə idarə edirlər. Yol hərəkəti qaydalarına əməl etmirlər. Bundan başqa, avtobuslar çox bərbaddır.
Ebru İsmayılova adlı vətəndaş bu gün səhər 07:03-da Ramanı qəsəbəsindən “Koroğlu” metrosu istiqamətində qapısı açıq şəkildə hərəkətdə olan avtobusun videosunu çəkib.
“Biz irad bildirəndə sürücü qeyd etdi ki, qapı xarabdır. Lakin avtobus boşalandan sonra qapını bağladı. Ümumiyyətlə, həmin avtobus bərbad vəziyyətdədir. Dəfələrlə şikayət etməyimizə baxmayaraq, tədbir görülmür. Gediş haqqı kart sisteminə keçəndən sonra vəziyyət daha da bərbad olub”, - deyə şikayətçi bildirib.
Oxşar xəbərlər
İlham Əliyev BBC telekanalına müsahibə verib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniyanın BBC telekanalına müsahibə verib. BAKU.WS AZƏRTAC-a istinadən müsahibəni təqdim edir. - Pre...