Bakıda qəzalı vəziyyətdə olan poliklinikada xəstə qəbul edilir - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Vay o günə ki, yolun bu poliklinikadan düşə. Adam bilmir, xəstəsinin halına yansın, yoxsa xəstəxananın.
BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, söhbət Lökbatan qəsəbəsində yerləşən 4 saylı uşaq poliklinikasından gedir. Tibb müəssisəsi bərbad vəziyyətdə gün ərzində onlarla pasiyent qəbul edir.
“İki gündü, nəvəm nə haldadır, gətirmişəm öz yaşadığım qəsəbədəki 4 saylı poliklinikaya. Bunlar da məndən adi bir şeyə pul tələb edirlər”, - sakin öz şikayətini bildirir.
“Bu xəstəxana insanları təmin edə bilmir, hər gün söz-söhbət, hər gün davadır”, - digər bir sakin şikayətini belə ifadə edir.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən bildirdilər ki, tibb müəssisələri bu ilin yanvar ayından Səhiyyə Nazirliyinin tabeliyindən götürülərək TƏBİB-ə təhvil verilib.
Lakin pandemiya səbəbindən Səhiyyə Nazirliyi ilə tam təhvil-təslim yekunlaşmayıb. Buna görə də binanın əsaslı təmirinə dair bir söz demək hələ ki mümkün deyil.
Amma pandemiya bitdikdən sonra poliklinikanın təmirinə dair layihələr hazırlanacaq.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva modul tipli ilk xəstəxananın açılışında iştirak ediblər
Mayın 7-də Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışı olub. BAKU.WS azərtac-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Ə...