Bakıda İnsan Resursları Zirvəsi keçirilir - CANLI YAYIM
Yeniliklərdən dərhal xəbərdar olun
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə “Gülüstan” sarayında İnsan Resursları Zirvəsi keçirilir.
BAKU.WS xəbər verir ki, tədbir “Gələcəyə qayıdış” devizi ilə keçirilir.
Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Milli Məclisin deputatları, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndələri, xarici ekspertlər, insan resursları üzrə mütəxəssislər və digər qonaqlar iştirak edir.
İki gün davam edəcək tədbir çərçivəsində çıxışlar, panel müzakirələr və vörkşoplar təşkil olunacaq. Tədbirin birinci günü “Yerin dərinliyindən beyin dərinliyinə köç. Neft kapitalından insan kapitalına keçiddə dövlətin rolu”, “Köçü qarşıla. Dövlət və özəl müəssisələrdə insan resursları idarəçiliyi” müzakirə olunacaq.
Sabah isə “Yeni səhifəyə keç. Rəqəmsal transformasiya və insan resursları”, “Məşğul insan. Strateji insan resursları idarəetməsi” mövzuları ətrafında yerli və xarici ekspertlərin iştirakı ilə panel müzakirələr aparılacaq.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...