Bakıda narazılıq yaradan işıqforla bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB - VİDEO

Gün ərzində xüsusən də pik saatlarda Qara Qarayev prospekti Dakar dairəsi ətrafında nəqliyyat vasitələrinin hərəkətindı klidlənmə müşahidə olunurdu.
Mövcud vəziyyət bu istiqamətdə hərəkət edən müntəzəm marşrut xətti üzrə avtobusların hərəkətinə daha çox mənfi təsir edir.
Avtmobillərin nizamlı hərəkətini təşkil etmək məqsədilə hazırlanan layihə əsasında dairəyə daxil olan bütün istiqamətlərdə, o cümlədən də Rüstəm Rüstəmov küçəsində işıqfor quraşdırılıb.
Bu barədə ötən gün Nizami rayonunda körpüyə işıqfor qoyulması ilə bağlı Bakı Nəqliyyat Agentliyindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib.
“Hazırda işıqforlar test rejimində fəaliyyət göstərir. Günün saatlarına uyğun vaxt rejimləri tətbiq edilməklə nəqliyyat şəraiti təhlil edilir. Nəticəyə uyğun olaraq işıqforlar üçün optimal vaxt rejimi tətbiq olunacaq”, - deyə qeyd edilib.
***2023-09-04 - 15:51
Bakıda körpünün girişinə qoyulmuş işıqfor sürücülərin etirazına səbəb olub.
BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Bildirilir ki, Bakıxanovdan “Neftçilər” metrostansiyası istiqamətinə gedən yolda körpünün girişinə işıqfor quraşdırılıb. Bu da sözügedən ərazidə tıxaca səbəb olur.
Sözügedən görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...
