Bakıda konsert verən Murat Boz: “Çox tərlədik, amma dəydi” - FOTO/VİDEO

Bakıda konsert verən Murat Boz: “Çox tərlədik, amma dəydi” - FOTO/VİDEO
Foto Video
Video 71

Bakıda məşhur müğənni Murat Bozun anşılaqla keçən konserti baş tutub.

BAKU.WS xəbər verir ki, sənətçi musiqiçilərdən ibarət 25 nəfərlik orkestrla “Dalğa Beach”də sevənləri qarşısında çıxış edib.

Murat “Ben özledim qaliba seni”, “Adını Bilen Yazsın”, “Uçurum”, “Herşeyi Yak”, “Öldür Beni Sevgilim”, “Kalamam Arkadaş” kimi sevilən ifalarını səsləndirərək fanatlarına coşğu dolu gecə yaşadıb.

Konsert zamanı müğənninin minlərlə pərəstişkarları arenaya axın edərək bütün ifalarını onunla birlikdə səsləndiriblər.

Murat “Ben özledim qaliba seni” mahnısını ifa etdikdən sonra yenidən sevənlərindən o mahnının onun üçün səsləndirmələrini xahiş edib. Möhtəşəm səhnə tərtibatı, akustika və işıqlandırma sənətçinin konsertini daha da yadda qalan edib.

Murat 11 milyondan çox izləyicisi olan instaqram hesabında Azərbaycanakı konsertindən görüntülər paylaşaraq sevənlərinə təşəkkür edib:

“Biraz isti idi. Çox tərlədik, amma dəydi. Hər zamanki kimi möhtəşəm idin, Bakı! Təşəkkürlər Azərbaycan”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər