Bakıda kafe və restoranlarda qiymətlər artıb - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda fəaliyyət göstərən restoranlarda qiymətlər günü-gündən artmaqda davam edir. Artım xüsusilə bayram günləri daha çox hiss edilir.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, müştərilər deyirlər ki, kabablar və digər qidalar kəskin bahalaşıb.
Bundan başqa, bəzi restoranlar depozit tələb edirlər ki, bu da həddindən artıq yüksək olur.
Restoran müdiri Fərid Adıgözəlov obyektdə depozit olmadığını deyir. O, buna baxmayaraq, bahalaşmanın olduğunu və onun səbəblərini açıqlayıb.
Bildirilir ki, restoranda müştərilərə verilən mevə-tərəvəz, eləcə də ətlərin ən keyfiyyətlisi seçilir. Bu da qiymətin daha yüksək olmasının səbəbidir.
Həmçinin işçi xərclərinin də günü-gündən artdığı bildirilir.
Restoran işlədən şəxslər deyirlər ki, qida məhsullarının qiyməti daha da artarsa, yeməklərin bahalaşması davam edəcək.
Oxşar xəbərlər
AQTA: "71 müəssisədə nöqsanlar müəyyən olunub"
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) qida sahəsində fəaliyyət göstərən 81 ticarət müəssisəsi və 23 ictimai iaşə müəssisəsində həyata keçirilən mon...