Bakıda göydən yağış əvəzinə niyə palçıq yağır? - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Mayın ilk yarısında yağan yağış quraqlıq dövründə əkin sahələri üçün göydən düşmə oldu. Ekspertlər bu yağışa görə məhsulun bol olacağından xəbər verdilər.
Amma həmin yağış paytaxtda avtomobil və obyekt sahiblərinin yadında daha çox palçıq yağışı kimi qaldı. Bəs göydən yağış əvəzinə niyə palçıq yağır? Bunun səbəbi ekoloji çirklənmədirmi?
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, may ayının ilk yarısını yaşasaq da, yağışlı havalar səngimək bilmir. Sonuncu dəfə yağan yağış isə özüylə aydınlıq əvəzinə palçıq gətirdi.
Bəs palçıqlı yağışın səbəbi nədir? Sualımızı Milli Elmlər Akademiyasının İqlim şöbəsinin aparıcı elmi işçisi Həsən Nəbiyev cavablandırdı.
İqlimşünas alim bildirdi ki, palçıqlı yağışların yağmasının ekoloji çirklənməylə əlaqəsi yoxdur.
Çünki Azərbaycanda ətraf mühitin çirklənməsi ilə bağlı ekoloji durum qənaətbəxşdir.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...