Bakıda bina sakinləri ölümlə üz-üzədir: Tikili hər an uça bilər - VİDEOREPORTAJ

Bakıda bina sakinləri ölümlə üz-üzədir: Tikili hər an uça bilər - VİDEOREPORTAJ
Video
Video 361

Nizami rayon Yavər Səfərov 32 ünvanındakı tikili sakinlərin qorxulu yuxusuna çevrilib. Vay o gündən ki, bu yuxu çevrilib həqiqət ola.

BAKU.WS BAKU.TV-yə istinadla xəbər verir ki, illərdir dəmir dirəklər üzərində qurulan bu tikili son vaxtlarda tamamilə acınacaqlı bir hala düşüb.

Ərazidən dəmir yolu xəttinin keçməsi isə binanın çökmə təhlükəsini daha da sürətləndirir. 4 ailənin yaşadığı bu tikilinin qəzalı olmasına dair hətta 1 il əvvəl FHN rəy də bildirib. Lakin vəziyyət bu günə qədər dəyişməz olaraq qalmaqdadır.

Nizami rayon İcra Hakimiyyətinin Keşlə qəsəbəsi üzrə icra nümayəndəliyindən məsələdən xəbərdar olduqlarını bildirdilər. İcra nümayəndəsi Qara Qarakişiyevin sözlərinə görə, məsələyə yenidən baxılması üçün lazımi qurumlara müraciət ünvanlayacaqlar:

“Qeyd elədiyiniz ünvandan xəbərimiz var. Biz rayon icra hakimiyyətinə müraciət etmişik. FHN tərəfindən akt tərtib olunub. Rəy də verilib. Amma biz yenidən bu məsələ barədə nazirlər kabinetinə müraciət edəcəyik...” Bunu Keşlə qəsəbəsi üzrə icra nümayəndəsi Qara Qarakişiyev Baku.tv-yə açıqlamasında qeyd edib.

İnsanların təhlükəsizliyini qorumaq, onları gözlənilən təhlükədən uzaq tutmaq, əvvəlcədən müəyyən edilmiş aidiyyətli qurumlarının işidi. Hansı ki, onların etdiyi hər hansı bir məsuliyyətsizlik və yayınma insan faciəsi ilə nəticələnə bilər. Həmçinin göstərdiyimiz bu tikili də bura aiddir. Ümid edirik ki, lazımi qurumlar tezliklə hərəkətə keçər və sakinləri bu təhlükədən qoruyar.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər