Bakıda Aşura mərasimi keçirilib - VİDEO

Bakıda Aşura mərasimi keçirilib - VİDEO
Foto Video
Video 5286
Bu gün paytaxt Bakı daxil olmaqla, ölkənin əksər şəhərlərində Aşura günü ilə əlaqədar əzadarlıq mərasimi keçirilib.BAKU.WS xəbər verir ki, belə mərasimlərdən biri də Nəsimi rayonu ərazisində yerləşən "Məşədi Dadaş" məscidində baş tutub. Minlərlə insanın iştirak etdiyi mərasimdə bütün yaş qrupundan olan insanlar iştirak edib. Məscidin imam-cüməsi Hacı Şahin Həsənli Aşura xütbəsində Kərbəla hadisəsinin tarixindən və fəlsəfəsindən danışıb.
Bakıda Aşura mərasimi keçirilib - VİDEO
O bildirib ki, Kərbəla zaman və məkanı aşmış, günü-gündən təravətini artıran bir hadisədir:"İmam Hüseynin (ə) adını aradan aparmaq üçün çox çalışdılar. Amma bütün cəhdləri faydasız qaldı. Tarix göstərdi ki, kiçik dəstə böyük orduya qalib gəlibmiş. Bu gün dünyanın hər yerində insanlar Kərbəla şəhidlərinin xatirəsini əziz tutur. Bunun səbəbi nədir?Tarixdə çox qanlı hadisələr olsa da, Kərbəla kimi qəlblərdə iz buraxa bilməyib. Bunun sirri budur ki, Kərbəla başdan sona qədər Allah üçündür. Bir zərrə qədər şəxsi mənfəət yox idi".Şahin Həsənli əlavə edib ki, Aşura günü həm də dünyada şəhidlər günü kimi də qeyd olunur:
Bakıda Aşura mərasimi keçirilib - VİDEO
“Bu gün şəhidlərin günüdür. Bütün şəhidlərin əziz xatirəsi yad edilməlidir. Bu gün Kərbəla şəhidləri ilə yanaşı torpaqlarımızın bütövlüyü uğrunda canından keçən Azərbaycan şəhidlərini də yad edirik. Məscidlərimizdə onların xatirəsinə dualar oxunur. Şəhidlik bir eşq təzahürüdür. Doğrandıqca "uf" da demir. Cənnətə daxil olanda, cənnəti də bölüşmək istəyir. O qədər insanlıq aşiqidir ki, arxada qalanları da öz yanına aparmaq istəyir”.Qeyd edək ki, mərasim zamanı təhlükəsizlik yüksək səviyyədə qorunub. İnsanlar küçələrin giriş və çıxışlarında yoxlama məntəqələrində yoxlanıldıqdan sonra məscid yaxınlığına buraxılıblar. Bundan başqa, təcili tibbi yardım maşınları da ərazidə xidmət aparıb.Aşura mərasimindən hazırlanmış reportajı təqdim edirik:Fərid ƏDALƏT
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bu gün Azərbaycanda Aşuradır

Bu gün Azərbaycanda Aşuradır

Bu gün Azərbaycanda Aşuradır.Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-Dini Şura Məhərrəm ayı ilə bağlı fətvasına əsasən, hicri 1441-ci ilin başlanğ...

569 Şou-biznes 00:05 10 sentyabr 2019

Son xəbərlər